Qərb derbisində qalmaqal - video
19.01.2025 - 18:14
Qərb derbisində qalmaqal - video

Misli Premyer Liqasında XIX tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün keçirilən “Kəpəz" - Turan Tovuz" matçında qalmaqal baş verib.

Gəncəlilərin üçüncü qolundan sonra komandanın gürcüstanlı legioneri Rati Ardzaşvili tovuzlu azarkeşlərə qarşı tərbiyəsiz jest edib. Bundan sonra meydanda mübahisə yaşanıb.

Qeyd edək ki, “Kəpəz” - “Turan Tovuz” matçı meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə nəticələnib.

0