Qızlarımızdan səfər qələbəsi - YENİLƏNİB
09.06.2026 - 23:00
Qızlarımızdan səfər qələbəsi - YENİLƏNİB

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində qrupdakı son matçını keçirib.

Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Şimali Makedoniya yığmasının qonağı olub.

Oyuda hesab erkən açılıb. İlk dəqiqələrdə komandalar hərəyə bir dəfə fərqləniblər. Daha sonra Azərbaycan yığması daha iki qol vurub və inamlı qələbə qazanıb.

Qeyd edək ki, son tur ərəfəsində Macarıstan 13 xalla qrup lideridir. Azərbaycan millisi 9 xalla ikinci pillədə qərarlaşıb. Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü sıradadır.

Dünya çempionatı, seçmə mərhələ

21:00. Şimali Makedoniya (Qadınlar) – Azərbaycan (Qadınlar) 1:3

Hakimlər: Teona Sturua, Elene Eloşvili, Sopo Tsulaya, Tamta Şengelia (hamısı Gürcüstan)

Stadion: “Petar Miloşevski”, Bitola