“Qarabağ” Futbol Klubun baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək Ağdama səfər edib.
"Apasport"un əldə etdiyi məlumata görə, səfər çərçivəsində təcrübəli mütəxəssis Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.
Qurban Qurbanov ziyarət zamanı “Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.
Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, “Qarabağ” Futbol Klubunun tarixində də xüsusi yer tutur. O, klubun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı üçün mühüm xidmətlər göstərib.
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub