
"Bütün diqqətimiz sabahkı oyundadır".
Apasport.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.
O, jurnalistin "FKSB-nin prezidenti Cici Bekali sizə söz ataraq, komandasını motivasiya edir, komandanızı qıcıqlandırmaq istəyir. Ona cavab verəcəksiz?" sualını bu cür cavablandırıb:
"Mənim xarakterimi bilirsiz. Bizim hələ cavab oyunumuz var, iki oyunun qalibi olmamışıq. Hansısa atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki, plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk".