
"Belə bir səfəri reallaşdırmağı çoxdan arzulayırdıq. Bu günə qismət imiş”.
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Çox xoş təəssuratlar yaşadıq. Bəzi yerləri görməmişdik, sadəcə, eşitmişdik. Artıq bu barədə də məlumatımız oldu. İşğaldan azad olunmuş torpaqlarda işlər sürətlə davam edir. Əvvəllər bu şəhərləri görmədən sevirdik. İndi görərək sevirik. Bəzi legionerlər bir dəfə artıq bu torpaqlarda olublar. "Qarabağ" futbolçularının bu torpaqlara gəlmək və yerli sakinlərlə birgə vaxt keçirmək borcudur. Təəssüf ki, çox zamanımız olmur. Çünki bizi qarşıda UEFA Çempionlar Liqasının görüşləri gözləyir. Əsas odur ki, azarkeşlərimizlə yerində görüşdük. Onların sevgisini hiss edirik".