“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov qarşıdan gələn “UFC Fight Night: Hill vs Rountree Jr.” turniri ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib:
“Hamını 21 iyun tarixində Baku Crystal Hall-a gəlməyə və azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. Baku Crystal Hall-da Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”.
Qeyd edək ki, döyüş gecəsi iyunun 21-də Bakı Kristal Hallda təşkil keçiriləcək
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”