Qurbanovdan “Barselona” etirafı – “Bakıda ‘Sabah’a azarkeşlik edəcəyəm”
27.08.2026 - 23:57
Qurbanovdan “Barselona” etirafı – “Bakıda ‘Sabah’a azarkeşlik edəcəyəm”

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”ın “Barselona” ilə Bakıda keçirəcəyi oyun barədə danışıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə 1:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında bu barədə fikirlərini bölüşüb.

Qurbanov azarkeşi olduğu “Barselona”nın Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la oynayacağı qarşılaşmada Azərbaycan klubunu dəstəkləyəcəyini bildirib:

“Stadionda olsam, ‘Sabah’a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzu edirəm. Deyəcək çox söz yoxdur. ‘Barselona’ya başqa oyunlarda fanatlıq edəcəyəm”.

Qeyd edək ki, Qurban Qurbanov daha əvvəl də “Barselona”ya rəğbət bəslədiyini açıqlayıb.