“Barselona” “Lids”in hücumçusu Rafinya Diasın transferi üçün növbəti rəsmi təklifini edib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu bu dəfə 60 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirib.
Kataloniyalılar “Çelsi”nin 25 yaşlı braziliyalı üçün etdiyi təklifi təkrarlayıb. “Barsa” rəhbərliyi bu məbləği bir neçə il ərzində hissə-hissə ödəməyi planlaşdırır. Klublar arasında danışıqların daha sürətlə getdiyi, transferin yaxın günlərdə açıqlana biləcəyi vurğulanıb. Həmçinin Rafinyanın meneceri olan Deku klublara anlaşma əldə etmək üçün 48 saat vaxt verib. Əks halda Deku “Çelsi” ilə danışığa başlayacaq.
Qeyd edək ki, ötən mövsüm 35 oyunda 11 qol, 3 assistlə yadda qalan Rafinyanın “Lids”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi