Rahil Məmmədov millinin heyətindən çıxarılıb
13.10.2025 - 10:01

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, yığmanın futbolçusu Rahil Məmmədov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə keçiriləcək oyundan öncəki son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, Ukrayna - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.
0
0