Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun taleyinə aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, “Radomyak”da qalmayacağı dəqiqləşib.
29 yaşlı müdafiəçi Radom təmsilçisindən ayrılmaqda qərarlıdır.
Baş məşqçi Joao Enrikeşin qərarı ilə oyunlar üçün heyətə cəlb edilməyən Məmmədov özünə indidən yeni komanda axtarır. Rahil “Radomyak”dan ayrılsa da, onun Polşada qalmaq ehtimalı yüksəkdir.
Belə ki, yüksək liqa təmsilçilərindən bir neçə klub millimizin üzvü ilə yaxından maraqlanır.
Xatırladaq ki, azərbaycanlı futbolçu mövsümün əvvəlində Polşa klubu ilə 2 illik müqavilə imzalamışdı.
Qeyd edək ki, Məmmədov “Neftçi”, “Səbail”, “Qarabağ”, “Zirə”, “LKS Lodz” klublarının üzvü olub.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”