Rahilin komandasından növbəti heç-heçə
08.02.2025 - 22:21
Rahilin komandasından növbəti heç-heçə

Polşa çempionatında XX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Rahil Məmmədovun şərəfini qoruduğu "Radomyak" da növbəti matçını keçirib.

Komanda "Şlask"ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə nəticələnib.

Həmyerlimiz matça start heyətində çıxıb və sonadək meydanda olub.

Qeyd edək ki, Məmmədovun komandası 21 xalla 13-cü pillədə qərarlaşıb. 

0