Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi təyin olunub
10.07.2026 - 15:34
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi təyin olunub

"Karvan Yevlax" yeni baş məşqçisini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

I Liqa klubu Ramiz Məmmədovla anlaşıb.

Qeyd edək ki, 57 yaşlı mütəxəssis ötən mövsüm "Mingəçevir"də baş məşqçi postunu tutub.