Rati Ardazişvili: "Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər, çünki bu cür bacarığı var"
05.08.2025 - 16:55
Rati Ardazişvili: "Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər, çünki bu cür bacarığı var"

Ötən mövsümü “Kəpəz”də keçirən Rati Ardazişvili bir neçə gün əvvəl “Qaqra”ya keçib.

Apasport.az saytına müsahibə verən gürcü futbolçu Azərbaycana geri qayıtmaq ehtimalından danışıb.

- “Kəpəz”dən ayrıldıqdan sonra “Qaqra”ya keçmisən. Azərbaycanda qalmaq variantın yox idi? Təklif almamışdın?
- Biliriniz, mən seçimimi mənə ehtiyacı olan komandadan yana etdim. Qazaxıstandan da təklif almışdım, amma nəticədə “Qaqra”ya keçməyə qərar verdim. Sadəcə düşündüm ki, hazırkı mərhələdə Gürcüstanda oynamaq mənim üçün daha uyğun olacaq. Burada həm inkişaf, həm də oyun praktikası baxımından özümü daha faydalı hiss edə bilərəm.

- Özünüz Azərbaycanda qalmaq istəyirdiz?
- Əlbəttə ki, Azərbaycanı bəyənirəm. Orada oynamaq da xoş idi. Sadəcə indi belə alındı ki, “Qaqra”ya keçdim. İndi bütün fikrimi bu kluba yönəltmişəm.

- “Kəpəz”in sizinlə müqavilə müddətini artırmamasının səbəbi nə idi? Ötən mövsüm komandanın əsas oyunçularından hesab edilirdiz...
- Baş məşqçi və idman direktoru bildirdi ki, məni heyətdə düşünmürlər. Mənim necə oynamağımı bəyənib-bəyənməməkləri isə özüm üçün problem deyil. Onlar hazırda Premyer Liqa klubunda işləyirlər. Biz birlikdə bu komanda üçün mübarizə apardıq. Fanatlar da hər şeyi görür. Hər halda, klubdakılar belə düşünürdü.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsən?
- Orada bir mövsüm futbol oynadım. Hər şey yaxşı səviyyədə idi. Çempionatı da bəyənirdim. Məncə, həqiqətən yaxşı liqadır.

- Bəs, səni qışda yenidən Premyer Liqada görəcəyik? Çünki “Qaqra” ilə dekabra qədər müqavilən var…
- Bilmirəm. Necə olacağı haqda heç nə deyə bilmərəm. Azərbaycanda olacam, ya yox, bunu zaman göstərəcək.

- Əvvəllər Azərbaycanda çoxlu sayda gürcü futbolçu oynayırdı. Son vaxtlarda say azalıb. Bunun nə ilə əlaqədar olduğunu düşünürsən?
- Hazırda Azərbaycanda gürcü futbolçuların sayının az olmasının səbəbini dəqiq deyə bilmərəm. Bəlkə də, çox futbolçu indi Avropaya yollanmaq istəyir.

- Yeri gəlmişkən, “Dinamo”dan (Tbilisi) “Kəpəz”ə keçən Otar Aptsiauri haqda hansı fikirdəsən?
- Aptsiauri çox yaxşı futbolçudur. O, bacarıqlı oyunçudur. Komanda topla oynayası olarsa, Otar çox xeyir verə bilər kollektivə. Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər. Çünki onun bu cür bacarığı var.