
"Cica "Qarabağ"da rəqabətdə uduzdu deyə, oynamadı və sonda da getdi"
Bu sözləri Apasport.az saytına açıqlamasında "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev deyib.
O, yeni gəldiyi vaxtda komandanın aparıcı forvardına çevrilən Redon Cicanın sonradan oynamamasına və performansında eniş yaşamasına münasibət bildirib: "Juninyo ilə Cica arasında əməlli-başlı fərqlər var idi. Juninyo daha sürətli, cərimə meydançasının ətrafında da oynaya biləcək hücumçu idi. Ona görə də Juninyo bu rəqabətdə qalib gəlirdi. Ondan sonra Cicanın az oynaması da, onun oyununa təsir edirdi. Bəlkə də fikirləşdi ki, bu mövsüm də az şans qazanar və komandadan ayrıldı. Fikrimcə, "Qarabağ" hücumçu transferi edəcək. Cica bunu da dərk edirdi. Hər halda, bütün bunları götür-qoy edərək komandadan getdi".
Qeyd edək ki, Redon Cica ötən gün Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.