
“Qəbələ” daha bir legionerin transferini həll edib.
Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi ispan futbolçu ilə anlaşmaya nail olub.
Söhbət son olaraq Xorvatiyanın “Varajdin” klubunda çıxış etmiş Xayme Sierradan gedir. “Qəbələ” 27 yaşlı futbolçunu transferə razı salıb və tərəflər arasında 2 illik müqavilə imzalanacaq.
Onun bu gün Xorvatiyadan Azərbaycana gələrək “Qəbələ” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, Sierra dayaq yarımmüdafiəçisidir. O, “Real Madrid” klubunun yetirməsidir və karyerası ərzində “Loqrones”, “Leonese”, “Atletiko Baleares” (hamısı İspaniya) və “Deynze” (Belçika) klublarında çıxış edib.
Qeyd edək ki, Xayme Sierranın “Varajdin”lə müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.