“Real”ın yetirməsi “Qəbələ”də - RƏSMİ
10.08.2025 - 17:48
“Real”ın yetirməsi “Qəbələ”də - RƏSMİ

Daha əvvəl xəbər verdiyimiz kimi, “Qəbələ" Xayme Sierranı transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Sierra dayaq yarımmüdafiəçisidir. O, “Real Madrid” klubunun yetirməsidir və karyerası ərzində “Loqrones”, “Leonese”, “Atletiko Baleares” (hamısı İspaniya) və “Deynze” (Belçika) klublarında çıxış edib.