Region Liqası təmsilçisi bütün futbolçuları ilə vidalaşıb
23.06.2025 - 19:27
Region Liqası təmsilçisi bütün futbolçuları ilə vidalaşıb

"Şirvan" futbol klubu bütün futbolçularla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu haqda bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyinin qərarına əsasən, mövsüm boyu klubun şərəfini qoruyan bütün futbolçular və texniki heyətlə yollar rəsmən vidalaşıb. Atılan addımlar strateji yenilənmə və növbəti mövsüm üçün klubun gələcəyini daha sistemli şəkildə planlamaq məqsədi daşıyır.

Qeyd edək ki, Regino Liqasının finalçısı olan "Şirvan" pley-offda "Lerik"ə qalib gələrək Azərbaycan 2-ci liqasının 2025/26 mövsümündə mübarizə aparmaq hüququ qazanıb.