Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb
21.05.2025 - 10:47
Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb

AFFA Region Liqasında III yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar.

Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Region Liqası

III yer uğrunda oyun

22 may

14:00. “Göyəzən” – “Ağstafa Gəncləri”

Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

Qəbələ şəhər stadionu

Final

17:00. “Şirvan” – “Xankəndi”

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Rəhim Həsənov

Qəbələ şəhər stadionu.