Rəşad Sadıqov: “Bugünki "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq” - MÜSAHİBƏ
23.09.2023 - 23:12
Rəşad Sadıqov: “Bugünki "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq” - MÜSAHİBƏ

“Bu gün meydanda aqressiv və fərqli "Neftçi" var idi”.

Apasport.az saytı xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Misli Premyer Liqasında ikinci dəfə xal itirən “qartallar”ın çalışdırıcısı rəqib komandanın oyunu barədə danışıb. Sadıqov “Neftçi”nin çox istəkli olduğunu bildirib: “Emosional oyun oldu. Rəqib çox istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, onların böyük potensialının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız da oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi. Maraqlı, gərgin oyunun şahidi olduq. "Neftçi" bu gün çox fərqli idi. Bu, bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib bir xal qazandıq”.

- Evdə xal itirdiz. Nəticə sizi razı saldı?
- "Neftçi" ilə oynayırdıq. 6 oyunun 5-də qələbə qazananda, istər "Neftçi" istər digər komandalar motivasiya və diqqətli hazırlaşır. Hesabda geri düşmüşdük, amma bərabərləşdirdik. Azər Əliyev hücuma çox qoşulurdu. Penalti qazandıq. Bugünki "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq. Qarşımızda gülü rəqib var idi.

- Mutu hakim səhvlərini qeyd etdi, xüsusən də penaltinin olmamasını dedi...
- Mənə penalti kimi gəldi. Epizodu dinamik şəkildə görmədik . Matias oyunçumuzun ayağından basırdı. Bizə qarşı belə epizodlarda hətta qırmızı vərəqə də olub. Məncə, penalti idi.

- Şerif Summa bu gün özünə bənzəmirdi. Çempionat uzundur. Komandaya yeni transferlər lazımdır?
- Komandada çox mövqe güclənməldiir. Paxtman zədələnir, əvəzinə İlkini buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntımız var. Filip çox yaxşı çıxış etdi. Sadəcə onu əvəzləməyə adam yox idi. Daim oynamadığı üçün, heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Summa isinmədə xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq. Halbuki, həftəboyu yaxşı məşq etmişdi. Amma oyuna özünü düzgün kökləməmişdi.

- "Qarabağ"dan Qaspar Panaderonu transfer etmək istəmisiz?
- Xeyr, bu, olmayıb. Pəncərə də bağlanıb, icarəyə kimisə götürə bilmərik. İstədiyimiz oyunçular var idi, hətta Baqomolski üçün də “Neftçi”yə müraciət etmişdik. Sadəcə onlar hücumçu transferini gec etdilər. Bəlkə erkən olsaydı, onu götürə bilərdik. Yenə də, baxırıq. Bilmirəm bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiyamızı tamamlaya bilməmişik. Müəyyən keyfiyyətləri ilə futbolçularım bunu sığortalayıb, nəticəyə təsir edirlər. Qışa qədər seleksiya problemini nəticəyə təsirini azaltmağa çalışmalıyıq.

- İssa Cibrilanı son anda meydana buraxmaq istəmədiz. Səbəb nə idi?
- Bəli, son anda fikrimi dəyişdim. İsmayıl göstərdi ki, ayağım ağrıyır. Zədəsini təzə sağaldıb, amma 90 dəqiqə meydanda saxladıq. Bu düz deyil, amma məcbur qaldıq. İsmayılı dəyişdik, risk etmək istəmədik. İssanı buraxaraq, əks-hücumlarda effektli olmağa çalışdıq. Amam İsmayıl əvəzetmə istəyirdi deyə, dəyişdik onu.
 

0