Rəşad Sadıqov: “Çətinlik yaşayacağımızı ehtimal edirdim” - VİDEO
13.12.2022 - 16:11
Rəşad Sadıqov: “Çətinlik yaşayacağımızı ehtimal edirdim” - VİDEO

“Bu gün iki fərqli hissə izlədik”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Misli Premyer Liqasının XVII turunun “Şamaxı” ilə oyunundan sonra fikirlərini “CBC Sport”a açıqlayıb: “İlk yarıda passiv idik. İkincidə daha yaxşı oynadıq. Rəqib yaxşı müdafiə olundu, pressinq etdi. Bu səfərdə böyük çətinlik yaşayacağımızı ehtimal edirdim. “Neftçi” ilə görüşdə daha çox güc sərf etdik. İtkilərimiz də var idi. Hücum xəttini gücləndirmək istəyirdik. Amma futbolçumuz yox idi. Başqa “11-lik”lə başlamaq istəyirdim. Səfərdə 1 xal qazandıq. Rəqibi də nəzərə almaq lazımdır”.

Sadıqov qarşılaşmanın nəticəsini ədalətli hesab edir: “Top itkiləri çox idi. Süni örtüyə adaptasiya olmaq çətindir. Qol vurmadıqca, rəqibin müqaviməti artırdı. Bərabərlik ədalətli nəticə idi. Həkimlər qərar verdi ki, Mehdi Cənnətov ikinci hissəyə çıxmasın. Futbolçular ciddi olmayan epizodlarda zədələnir. 5 gündə iki vacib oyun keçirəcəyik. Bilirik ki, bu dövr çətinlik törədir. Çalışacağıq ki, hər iki cəbhədə uğurlu oynayaq. 3-4 transfer etmək istəyirik. Amma heç kimlə danışığımız yoxdur. Qışda oyunçu keçidi həll etmək çətindir”.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
 

0