
Bu mövsüm də avrokuboklara iddia edən “Zirə” heyətini gücləndirmək yönündə işini davam etdirir.
Apasport.az-ın əldə etdiyi məlumata görə, Rəşad Sadıqov “Səbail”in yarımüdafiəçisi Rüfət Abdullazadəni sərəncamında görmək istəyir.
Hazırda “Səbail”in aparıcı üzvü olan futbolçunun xidmətində maraqlı olan tək klub “Zirə” deyil. Lakin qəsəbə təmsilçisi mövsümün sonunda onu heyətinə qatmaq üçün addımlar atacaq. 23 yaşlı yarımmüdafiəçinin “Səbail”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, buna qədər isə “Sumqayıt”da oynamışdı.
Həmçinin "qartallar" Səbuhi Abdullazadə ilə də maraqlanır. "Zirə" "Sumqayıt"ın futbolçusunu rənglərinə bağlamaqda qərarlıdır. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB