Rəşad Sadıqov: "Qarabağ" üzərində ilk qələbə camiə üçün sevindiricir" - VİDEO
05.08.2023 - 23:31
Rəşad Sadıqov: "Qarabağ" üzərində ilk qələbə camiə üçün sevindiricir" - VİDEO

“İlk oyunda səfərdə "Qarabağ" kimi rəqiblə qarşılaşmaq istəməzdik. Amma oyun bizim üçün uğurlu getdi”.

Apasport.az saytı xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünə uğurlu start verən komandanın çalışdırıcısı komandasının hələ ideal formada olmadığını deyib. Sadıqov 70-ci dəqiqədən sonra fiziki formadan rəqibə uduzduqlarını etiraf edib: “"Qarabağ"da heyətdə dəyişiklik var. İlk yarıda daha inamlı oynadıq. Fərqləndikdən sonra "Qarabağ" dəyişikliklər etdi və hücuma atıldı. Daha çox rəqibi əks-hücumda gözləyirdik. Amma əks-hücumlar zamanı effektiv ola bilmədik. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. Narahatçılıq var idi ki, 70-ci dəqiqədən sonra çatdıra bilmərik. 4-5 turdan sonra ideal fiziki formada olacağıq. Amma oyunçularım xarakter göstərdilər”.

- Ruan Renato ən yaxşı transferlərdən biri hesab edilir. Müdafiə düzəlib, hücum haqda hansı fikirdəsiz? Hücumçuya ehtiyac var?
Toplanış zamanı 2 hücumameyilli oyunçumiz zədələndi. Rəhim Sadıqovun zədəli olması planlarımızı pozur. Onu daha çox sol cinahda oynadacağıq. Eldar Quliyevi o mövqedə oynatdıq. Hücum xəttində futbolçuya ehtiyac var. Ruan da yaxşı oynadı. Ruanın liderlik keyfiyyətlarini görürdüm. Bu, 100 futbolçudan birində olur. Ruan məşqdə, oyunda futbolçuları motivasiya etməyi bacarır. Bu da effektini göstərir. Hücumda güclənmçək istəyirik. Zaman göstərəcək.

- Keçmiş komandanızı uddunuz. Məyusluq var?
- Məyusluq deməzdim. Aşırı şəkildə sevinc də yoxdur. Biz yaxınıq, münasibətlərimiz hamıya bəllidir. Amma hər zaman çalışrııq ki, ədaləti qoruyub-saxlayaq. Əvvəl də belə olub, indi də elə olacaq. Oyundan əvvəl bir-birimizə uğurlar arzuladıq. Sona qədər də belə olacaq.

- Çempionatın maraqlı olacağı gözlənilir...Siz nə düşünürsüz?
- Hamımız düşünürük ki, bu mövsüm bəlkə də son illərin ən gərgin liqası olacaq. İlk turlar da bunu göstərir. Məncə, hamı üçün maraqlı olacaq. İstərdim ki, prosseslər ədalətli şəkildə getsin. Hakimlərin boynuna böyük yük düşəcək. Gərginliyi azaldıb, oyunu ədalətli idarə etmək lazımdır. İşləri asan olmayacaq. Çox gərgin və maraqlı mövsüm olacaq.

- "Zirə" üçün tarixdə ilkdir. Sizin üçün xüsusidir?
- Xüsusi hiss var. Amma qarışıqdır. "Qarabağ"a qarşı oyunlarda həmişə qərtibə hisslər olur. Uzun illər burada oynamışam. Təbii ki, bu komandaya qarşı oyunlar mənim üçün həssas olur. "Zirə"nin "Qarabağ" üzərində ilk qələbəsidir . Camiə üçün sevindiricidir. Rəhbərliyimizi, futbolçuları təbrik edirən.

- Orxan Məmmədiov dedi ki, oyunçularla danışırıqlar aparılır...
- Bir-iki futbolçu transfer etmək istəyirik. Amam hələ ki, bir neçə oyunçu ilə danışıqlar gedir. İrəliləyiş yoxdur. Olmasa da, bu oyunçularla davam edəcəyik. Heyətdə, komandadan razıyam. Sadəcə heyəti genişlədnirmək istəyirik.

0