Rəşad Sadıqov: “Tovuzda xal və ya xallar qazanmaq çətin olur” - VİDEO
24.02.2023 - 16:09
Rəşad Sadıqov: “Tovuzda xal və ya xallar qazanmaq çətin olur” - VİDEO

"Maraqlı oyun keçdi. Bilirdik ki, Tovuz səfəri bizim üçün çətin və ağır keçəcək”. 

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

41 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXIV turunun “Turan Tovuz”la səfər oyunundan sonra rəqib meydanındakı qələbəni şərh edib: “Qarşımızda son zamanlar yaxşı performans göstərən "Turan Tovuz" komandası var idi. Hər zaman Tovuzda oynamaq çətindir. Burada xal və ya xallar qazanmaq çətin olur. "Qəbələ" ilə səfərdə xal qazanmışdılar, "Sabah"ı məğlub etmişdilər. "Qarabağ"la görüşdə yalnız 88-ci dəqiqədə buraxılan qol nəticəsində uduzmuşdular. Bu oyunları nəzərə alanda, hamımız dərk edirdik ki, bizi ağır matç gözləyir. İlk hissə tam istədiyimiz kimi keçdi. Həm oyun planında, həm nəticə baxımından belə idi. Bilirdik ki, rəqib ikinci yarıda tam olaraq irəli atılacaq, sona qədər təslim olmayacaq. Ayxan Abbasovun komandaları və ümumiyyətlə, "Turan Tovuz" heç vaxt təslim olmur. Azarkeş dəstəyi var. Fasilədən sonra daha çox əks-hücumlara bel bağladıq, mübarizə apardıq. Bir-iki standart vəziyyətdə rəqibə fərqlənmək imkanı verdik. Onda da Mehdi Cənətov çox inamlı çıxış etdi. Komandamı təbrik edirəm, çox yaxşı və vacib qələbə qazandıq".

Qeyd edək ki, “Zirə” “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəlib.

0