Rəşad Sadıqov üçün yubiley: "200"ə çatdı
31.08.2026 - 11:29
Rəşad Sadıqov üçün yubiley: "200"ə çatdı

Misli Premyer Liqasının III turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb.

Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.

2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu matçlarda 247 qol vuran “Zirə” 187-ni buraxıb.

Qeyd edək ki, Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.