Ronaldoya fantastik təklif
14.07.2022 - 11:57
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından təklif alıb.
Apasport.az saytının məlumatına görə, AS nəşri adı açıqlanmayan bir klubun 37 yaşlı forvarda illik 125 milyon avro maaş ödəməyə hazır olduğunu yazıb.
Onlar həmçinin “Mançester Yunayted”ə 30 milyon, daha 20 milyon avro isə menecerlik haqqı ödəməyə razıdır.
37 yaşlı superulduz isə hələ də “Mançester Yunayted”in düşərgəsinə qoşulmayıb. O, Çempionlar Liqasında iştirak etmək üçün klubdan ayrılmaq fikrindədir.
Qeyd edək ki, Ronaldo ötən mövsüm 38 oyunda 24 qol vurub.
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB
1
0