Rusiyalı qolkiper “Turan Tovuz”da - RƏSMİ
05.07.2026 - 11:21
Rusiyalı qolkiper “Turan Tovuz”da - RƏSMİ

"Turan Tovuz" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda qapıçı Aleksey Kenyaykini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rusiyalı qapıçı ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva), "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.