Ruslan Abışov: “Hər bir komanda istəyər ki…”
05.02.2026 - 21:41
Ruslan Abışov: “Hər bir komanda istəyər ki…”

"Turan Tovuz" Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Azersun Arena"da "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, ev sahiblərinin məşqçisi Ruslan Abışov matçdan sonra keçən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"4 gün əvvəl "Qarabağ"a qarşı ağır oyun keçirmişdik. Heyətdə böyük rotasiya yox idi. Demək olar ki, meydana eyni heyətlə çıxmışdıq. Meydançanın vəziyyəti və hava şəraitinin də təsiri var idi. Əsas odur qələbə qazandıq. Bir aydan sonra cavab görüşü olacaq. Hələ qarşıda "Karvan-Yevlax"la oyun var. Bu matçı unudub həmin qarşılaşmaya hazırlaşacağıq".

- Avrokuboklara vəsiqə qazanmaq üçün kuboku, yoxsa çempionatı uyğun yol kimi görürsüz? 
- Hər bir komanda istəyər ki, həm kubokda, həm də çempionatda iddialı olsun. Mövsümün sonunda ölkə kubokunda da yaxşı nəticə əldə etmək istəyirik.