
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Braziliyalı müdafiəçi İqor Noqeyra ilə 2 illik müqavilə bağlanıb.
Mərkəz müdafiəçisi Portuqaliyanın "Şaveş" klubundan transfer edilib.
Braziliyanın "Fluminense" klubunun yetirməsi olan 29 yaşlı futbolçu karyerası ərzində bu klubla yanaşı, Belçikanın "Gent" (2014-2015), Braziliyanın "Fiqeyrense" (2018), CRB (2019), "Yuventude" (2022), Portuqaliyanın "Jil Visente" (2019-2021), "Santa Klara" (2023), "Şaveş" (2023/2024) və Meksikanın "Mazatlan" (2021-2022) klublarında çıxış edib.
Noqeyra "Sabah"da 14 nömrəli formanı geyinəcək.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL