“Sabah” iki futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
13.02.2026 - 13:48
“Sabah” iki futbolçusu ilə yollarını ayırıb - RƏSMİ

“Sabah” iki futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, hər iki oyunçu 2020-ci ildən "Sabah"da çıxış edirdi.