“Sabah”dan ayrıldı, I Liqa klubuna transfer olundu
29.06.2026 - 18:32
“Sabah”dan ayrıldı, I Liqa klubuna transfer olundu

"Şahdağ Qusar" yeni mövsem heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi "Sabah"ın futbolçusu Seymur Məmmədovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olmuş futbolçu son mövsümü icarə əsasında “Mingəçevir”də keçirib.