“Sabah”dan əzmkar qələbə - YENİLƏNİB
09.02.2025 - 18:58
“Sabah”dan əzmkar qələbə - YENİLƏNİB

Misli Premyer Liqasında XXII turun oyunları davam edir. 

Apasport.az xəbər verir ki, günün növbəti qarşılaşmasında “Sabah”la “Turan Tovuz” arasında baş tutub..

“Bank Respublika Arena”da keçirilən matç saat 17:00-da start götürüb. 

Görüşdə hesabı qonaqlar açsalar da, ev sahibləri ikinci hissədə vurduqları iki qolla matçdan əzmkar qələbə ilə ayrılıblar.

Misli Premyer Liqası

17:00. “Sabah” – “Turan Tovuz” - 2:1 (Birinci hissə)

Qol: Aleks Souza, 15, Pavol Safranko, 50, Cesse Sekidika ,59

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov

“Bank Respublika Arena”