“Sabah”ın legionerləri millidə debüt edib
31.03.2026 - 18:23
“Sabah”ın legionerləri millidə debüt edib

“Sabah”ın futbolçuları milli komandalarda oyunlara çıxıb.

Apasport.az xəbər verir ki, Rəhman Daşdəmirov, Aleksey İsayev, Xəyal Əliyev və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətində “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub.

Rəhman Sent Lüsiya, Aleksey Syerra Leone, Xəyal və Abdulla isə milli komandamızın turnir çərçivəsində keçirdiyi hər iki matçda şans qazanıb.

Coy-Lens Mikels Ruanda millisində debüt edib və “FIFA Series-2026” beynəlxalq turnirinin qalibi olub. O, Estoniya ilə matçda komandasının qələbəsinə məhsuldar ötürmə ilə töhfə verib.

Umarali Raxmonaliyev isə Qabon yığma komandası ilə oyunda Özbəkistanın əsas millisinin heyətində debüt edib.