"Sabah"ın yeni mövsüm planı - Razılığı gözləyirlər
16.05.2025 - 13:51
"Sabah"ın yeni mövsüm planı - Razılığı gözləyirlər

"Sabah" növbəti mövsüm hazırlıqlarına start verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, komandada ciddi dəyişikliklərə gediləcək.

Buna baxmayaraq, bəzi futbolçular heyətdə qalacaq.

Rəhbərlik artıq bir neçə oyunçu barədə qərarını verib. Bunlardan biri də "Sabah"ın qışda rənglərinə bağladığı Stas Pokatilovdur. "Bayquşlar" qazaxıstanlı qolkiperin xidmətindən məmnundur.

Onun klubla müqaviləsi yayda başa çatacaq. Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar davam edir. Pokatilovun da "Sabah"da qalmağa müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, qolkiper bunadək "Tobol", "Aktobe", "Kayrat" (hamısı Qazaxıstan), "Rostov" (Rusiya) klublarının şərəfini qoruyub.