Sabiq “Neftçi”li I Liqa klubunda - RƏSMİ
05.02.2026 - 00:40
Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Difai" daha bir transfer gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, komanda 25 yaşlı yarımmüdafiəçi Elcan Hafizli ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Elcan karyerası ərzində "Neftçi-2", "Səbail-2" və "Baku Sportinq" klublarında çıxış edib.
0
0