Futbol üzrə Azərbaycan I Liqasında mübarizə davam edir.
Apasport.az xəbər verir ki, bu gün XIII turun növbəti matçı keçirilib.
"Şahdağ Qusar" "Difai"ni qəbul edin. Görüş Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutub.
Matç meydan sahiblərinin üstünlüyü ilə keçib. Rahid Əmirquliyevin də fərqləndiyi matçda şimallılar qələbə qazanıb - 4:0.
I Liqa
XIII tur
6 fevral
"Şahdağ Qusar" - "Difai" 4:0
Baş hakim: Ruslan Quliyev
Yan xətt hakimləri: Səbuhi Əmrahov, Səbuhi Soltanov
Ehtiyat hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı OİK stadionu