"Şamaxı" Birinci Liqa klubu ilə bacarmadı
25.08.2025 - 20:05
"Şamaxı" Birinci Liqa klubu ilə bacarmadı

"Şamaxı" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv "Şəfa" ilə üz-üzə gəlib.

I Liqa təmsilçisi ilə matç 1:1 hesablı bərabərliklə başa çatıb. "Şamaxı"nın heyətində Abdullahi Şuaybu fərqlənib.