“Şamaxı” Premyer Liqa klubları arasında birinci olub
07.05.2025 - 16:21
“Şamaxı” Premyer Liqa klubları arasında birinci olub

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) yaşı 21-ə qədər olan futbolçuları ən çox oynadan klubları açıqlayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında bu göstəricidə birinci sırada “Şamaxı” yer alıb. Ayxan Abbasov 22,5 faizlə yaşı 21-dən aşağı olan futbolçulara ən çox şans verən mütəxəssisdir.

İkinci pillədə 13,1 faizlə “Neftçi”, üçüncüdə isə 9,3 faizlə “Sabah” yer alıb. Çempion “Qarabağ” 5,7 faizlə 6-cı sırada qərarlaşıb.

65 liqa arasında gedən araşdırmada birinci sırada Belçikanın “Lommel” klubu yer alıb – 69,6 faiz.