“Şamaxı” qolkiperini komandada saxladı - RƏSMİ
03.06.2025 - 20:54
“Şamaxı” qolkiperini komandada saxladı - RƏSMİ

Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qapıçı Abdulla Seydəhmədovla mövsümün sonunda bitən müqavilə daha bir il artırılıb.

Qeyd edək ki, Abdulla 2023-cü ilin yayından "Şamaxı"nın şərəfini qoruyur.