"Şamaxı" rəsmən açıqladı - "ZİRƏ"NİN İSTƏDİYİ LEGİONER KOMANDANI TƏRK ETDİ
26.05.2025 - 18:35
"Şamaxı" rəsmən açıqladı - "ZİRƏ"NİN İSTƏDİYİ LEGİONER KOMANDANI TƏRK ETDİ

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Brahim Konate ilə vidalaşıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Buna səbəb futbolçu ilə müqavilə müddətinin başa çatması olub.

Xatırladaq ki, daha öncə Konatenin "Zirə"yə keçəcəyini bildirmişdik.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi "Şamaxı"ya ötən ilin yayında transfer olunmuşdu.