“Şamaxı” klubu Alfons Mabula Msanqa ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, bu barədə “Şamaxı” Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Tanzaniya millisinin 22 yaşlı üzvü ötən ilin yanvarında “Şamaxı”ya qoşulmuşdu.
Xatırladaq ki, klub daha əvvəl Bilal İsmayılov, Ravil Qafarov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Sezar Enrike ilə də vidalaşmışdı.
- Ölkə idmanına ağır itki: Sadıq Sadıqov vəfat edib
- Qurban Qurbanov Ağdamda Allahverdi Bağırovun məzarını Ziyarət edib
- Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb - FOTOLAR
- “Şəfa”nın baş məşqçisi bəlli oldu
- Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib