“Şamaxı”da kütləvi ayrılıq - RƏSMİ
24.05.2026 - 00:23
"Şamaxı"da baş məşqçi Ayxan Abbasovdan sonra daha 6 ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın məşqçilər heyətində yer alan Elnur Çodarov, Xəyal Qarayev, Vüsal Qarayev, Kamil Qafarov, Anar Vəliyev və Əyyub Əliyev ilə müqavilə müddətləri başa çatıb.
Klub hər 6 məşqçi ilə yeni müqavilə imzalamayıb və yollarını ayırıblar.
0
0