Samir Abasov onu istəyir - Eksklüziv
01.01.2025 - 19:45
"Neftçi" transfer çalışmalarını davam etdirir.
Apasport.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi "Sumqayıt"ın futbolçusu ilə yaxından maraqlanır.
Belə ki, "ağ-qaralar" Cordan Rezabalanı komandaya cəlb etmək istəyirlər.
"Neftçi"nin baş məşqçisi Samir Abasov ekvadorlunun transferi ilə şəxsən maraqlanır. O, 24 yaşlı futbolçunu yenidən sərəncamında görmək istəyir.
Abasov hələ "Sumqayıt"ı çalışdırdığı zaman Rezabalanın çıxışından məmnun idi.
Cordan 2024-cü ilin fevral ayında "Sumqayıt"a keçmişdi.
- "Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
- "Neftçi"dən qapıçı qərarı: MÜQAVİLƏ İMZALANACAQ
- "Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb - rəsmi
- Azərbaycan Kubokunun finalı: "Sabah" və "Zirə" 31-ci dəfə üz-üzə gələcək
- "Bakı-Xankəndi" velosiped yarışının 3-cü mərhələsi start götürdü
2
0