“Səbail” evində 3 xal qazandı
24.09.2025 - 20:17
“Səbail” evində 3 xal qazandı

Futbol üzrə Azərbaycan I Liqasında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında “Səbail” öz meydanında “Şahdağ Qusar”ı qəbul edib.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan II Liqası

III tur

“Səbail”-“Şahdağ Qusar” 2:0

Qollar: Y.Nəbiyev, 15, E. Rüstəmov 45+1.