"Səbail" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub.
Apasport.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının XIX turuna təsadüf edib.
“Sumqayıt”la səfər görüşündə (2:0) hesabı açan Rüfət Abdullazadə komandasının 200-cü qolunun müəllifi olub. Bu rəqəmi 201-ə də çatdıran “Səbail” Premyer Liqadakı 223-cü matçında buna nail olub. Paytaxt təmsilçisi evdə 102, səfərdə 99 qola sevinib. “Səbail” ölkə çempionatları tarixində 200 və daha çox top vuran 23-cü komandadır.
Qeyd edək ki, “Səbail” ilk qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq