"Səbail"dən Mərakeş klubuna
30.07.2025 - 11:32
"Səbail"dən Mərakeş klubuna

"Səbail"in sabiq futbolçusu Süleyman Alluş karyerasını Mərakeşdə davam etdirəcək.

Apasport.az xəbər verir ki, 23 yaşlı niderlandlı futbolçu "MAS Fes"lə müqavilə imzalayıb.

Hücumçu ilə müqavilənin müddəti 2028-ci ilə qədərdir.

Qeyd edək ki, Alluş 2024-cü ildən "Səbail"in formasını geyinirdi.