Sezar Enrike: "Azərbaycanda bunun şahidi oldum"
19.08.2025 - 11:51
Sezar Enrike: "Azərbaycanda bunun şahidi oldum"

“Şamaxı”nın yeni transferi Sezar Enrike apasport.az saytına müsahibə verib.

- Misli Premyer Liqasında debüt etdin. Debütün də “Neftçi”yə qarşı oldu. Həmin oyun sizin üçün necə keçdi? 
- Bu, komandamız üçün böyük bir çağırış idi. Çünki qarşımızda bacarıqlı komanda var idi. Amma biz yaxşı oynamağı bacardıq. İndi daha da təkmilləşmək və qarşıdakı matçlarda müsbət nəticələr əldə etmək üçün işimizi davam etdirəcəyik.

- “Neftçi” Azərbaycanda hər zaman iddialı klubdur. Onlar haqda fikrin necədir?
- “Neftçi” həqiqətən yaxşı klubdur. Onlar yaxşı təşkilatlanmış komandadır. Heyətində yaxşı futbolçuları var və onların stadionunda meydança əla vəziyyətdədir.

- Ümumiyyətlə, Premyer Liqada atmosfer, ab-hava sənin üçün maraqlı idi?
- Bəli, düzünü deyim, hər şey təsəvvür etdiyimə çox yaxın idi. Burada insanların futbolu nə qədər sevdiyini eşitmişəm. Bunu da gördüm. Hər şey yaxşı səviyyədə idi. “Şamaxı”da debüt etdiyim üçün çox xoşbəxtəm. Komandaya xeyir verməyə çalışıram.

- “Şamaxı”ya transferin necə alındı? Braziliyanın “Kaşias” klubundan bura gəlmisən. Azərbaycanda və “Şamaxı”da əsas məqsədin nədir?
- Bu, mənim agentim və “Şamaxı” rəhbərliyi ilə söhbətlər nəticəsində baş verdi. Biz qarşılıqlı maraq əsasında müqavilə imzalamaq barədə razılığa gəldik. Əsas məqsədim kluba məqsədlərinə çatmaqda kömək etmək və bunun mümkün olması üçün əlimdən gələni etməkdir.

- Azərbaycan futbolu haqda hansı məlumata sahib idin?
- İnsanların həqiqətən futboldan həzz aldığı bir ölkə olduğumu və liqanın çox yaxşı səviyyədə olduğunu eşitmişdim. Bunun da şahidi oldum.

- Şamaxıda yaşayırsan? 
- Bəli, mən Şamaxıda yaşayıram.

- Növbəti turda “Şamaxı” “Sabah”la qarşılaşacaq. Onlar avrokuboklarda iştirak etmişdi. “Sabah”ı izləmişdin?
- Biz artıq növbəti tura hazırlaşırıq. Bu görüşdə də əlimizdən gələni edəcəyik. Xeyr, mən “Sabah”ın oyunlarına baxmamışam.