"Şirvan" və "Şəki Siti"dən qələbə
16.03.2026 - 17:55
"Şirvan" və "Şəki Siti"dən qələbə

Futbol üzrə Azərbaycan II Liqasında XVIII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Şəki Siti" "Kür-Araz"ı məğlub edib. "Şirvan" isə "Ağstafa Gəncləri"ni üstələyib.

II Liqa
XVIII tur

"Şəki Siti" - "Kür-Araz" 4:3
Qollar: T.Zeynalov, 52, 69, 90, N.Fərəci, 88-p. - Ü.Nağdalıyev, 16, E.Məmmədov, 41, 44
Qırmızı vərəqə: M.Abdullazadə, 42

"Ağstafa Gəncləri" - "Şirvan" 1:2
Qollar: E.Namazov, 90+1 - E.Xəlilov, 45+4, 90+2