Sport24.az saytı 9 yaşında!
09.03.2026 - 18:29
Sport24.az saytı 9 yaşında!

Bu gün Sport24.az saytı üçün əlamətdar gündür.

Apasport.az xəbər verir ki, 2017-ci ilin martın 9-da işıq üzü görən saytın bu gün 9 yaşı tamam olur.

Sport24.az qısa müddətdə idman mətbuatı arasında özünəməxsus yer tutmağı bacarıb.

Yaranan gündən oxucular üçün fərqli dəst-xətt ortaya qoyan sayt qısa müddətdə oxucuların rəğbətini qazanıb.
 

Azərbaycan və dünya futboluna aid xəbərlərlə daim yenilənən mətbuat orqanı digər idman növlərinə də yer verir.

Saytda gündəlik xəbərlərlə yanaşı müxtəlif layihələr, araşdırma və müəllif yazıları da dərc edilir.

Apasport.az ailəsi olaraq həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!