“Sumqayıt” 1 yoxlama görüşü keçirəcək
24.12.2024 - 17:55

“Sumqayıt” qış təlim-məşq toplanışında 1 yoxlama görüşü keçirəcək.
Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi yanvarın 5-də Sumqayıtda toplanacaq və hazırlıq prosesi “Kapital Bank Arena”da baş tutacaq.
Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 10-11-də keçiriləcək qarşılaşmadakı rəqibin kimliyi məlum deyil.
Qeyd edək ki, “Sumqayıt” III dövrənin ilk qarşılaşmasını yanvarın 18-də evdə “Səbail”ə qarşı keçirəcək.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
- "Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə
- Ölkəmizi Avropa çempionatında 13 şahmatçı təmsil edəcək
0
0