“Sumqayıt” keçmiş futbolçusunu geri qaytarıb - VİDEO
09.08.2025 - 21:24
“Sumqayıt” keçmiş futbolçusunu geri qaytarıb - VİDEO

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda keçmiş futbolçusu Masaki Muratanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yaponiyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Masaki Murata 2023-cü ilin yanvarından 2024-cü ilin iyununa qədər “Sumqayıt”ın heyətində çıxış etmişdi.